Maliyyə sahəsini avtomatlaşdıracaq həllər

"Finance" və "technology" sözlərinin birləşməsindən yaranan FinTech maliyyə xidmətlərinin inkişafına və avtomatlaşdırılmasına yönəlmiş hər hansı bir texnologiyanı təsvir etmək üçün istifadə olunur. FinTech həlləri kompüterlərdə və smartfonlarda xüsusi proqram və alqoritmlərdən istifadə edərək şirkətlərin, şirkət rəhbərlərinin və istehlakçıların maliyyə əməliyyatlarını, müddətlərini daha yaxşı idarə etmələrini mümkün edir.

Yaxın zamanlara qədər fiziki şəxslər, biznesmenlər, investorlar ipoteka, kredit almaq üçün və ya hesab açmaq üçün banklara üz tutmalı olurdular. İndi isə FinTech ənənəvi bank sistemində vaxt itirmədən onlayn və ya mobil cihaz vasitəsilə əmanətlər qoymağı, pul transfer etməyi və investisiya yatırmağı asanlaşdıraraq bildiyimiz klassik maliyyə sistemini sürətlə dəyişir.

Artıq köhnə moda sayılan banklar və investisiya firmaları aşağı xərclər, daha çox yenilik, asan və əlçatan texnologiyalar təqdim edən FinTech qarşısında çox tab gətirə bilməyəcəklər.

Genity sizə yüksək klaslı texnologiya təcrübəsi və yeni nəsil FinTech həllər təqdim etmək üçün sizin bankınız və ya maliyyə qurumunuzla birlikdə çalışmağı təklif edir. Sizə rəqəmsal bankçılıq həlləri, mobil cüzdanlar (mobile wallets), mobil bankçılıq həlləri və daha çoxunu təqdim edirik. Həmçinin sizə müştəri idarəetmə həlləri (customer management solutions) də təqdim edirik.

Əlaqə formu

Bütün hüquqlar qorunur. © Genity MMC