Səhiyyə xidmətlərini
optimallaşdıracaq həllər

Texnologiya hər bir sahəyə təsir edir və onu yenidən formalaşdırır. Səhiyyə sahəsində də bu təsir qaçılmazdır. HealthTech həlləri aşağıda qeyd etdiyimiz nüanslara fokuslanır:

  • Səhiyyə / tibbi xərclərinin azaldılması;
  • Epidemiyaların proqnozlaşdırılması;
  • Önlənə bilən ölümlərin qarşısının alınması;
  • Həyat keyfiyyətinin yaxşılaşdırılması;
  • Səhiyyə tullantılarının azaldılması;
  • Baxımın səmərəliliyini və keyfiyyətini artırmaq;
  • Yeni dərmanların və müalicə prosedurlarının istehsal edilməsi.

HealthTech
həlləri sayəsində səhiyyə müəssisələrini rəqəmsallaşdırmaq üçün fərdi texnologiya inkişaf etdirmək və bütün tibbi qərar dinamikasını əsaslı şəkildə dəyişmək mümkündür. Həmçinin, HealthTech daha yaxşı məlumat idarəçiliyi sayəsində xəstələrə qulluq üçün daha təhlükəsiz və etibarlı alternativ təklif edir. Məsələn, həkimlər və tibb bacıları pasientin xəstəlik tarixçəsini sənədləşdirmək və lazımi müalicəni təyin etmək üçün planşet və ya kompüter kimi portativ cihazlardan istifadə edirlər. Bundan əlavə, pasientlər Healthtech tətbiqetmələrini istifadə edərək öz mövcud sağlıq vəziyyətləri ilə dərman preparatları arasındakı əlaqəni təsbit edib, sağlamlıqlarını necə yaxşıya doğru dəyişəcəklərinə qərar verə bilərlər.

HealthTech həllərini istifadə edərək həkimlər xəstələrin məlumatlarını uzun müddət ölçə və izləyə bilərlər. Həmçinin tibbi və profilaktik check-up müayinələrdən keçməli olan şəxsləri rahatlıqla müəyyən edə bilərlər.

Əlaqə formu

Bütün hüquqlar qorunur. © Genity MMC