İnsan resursları üçün texnoloji həll

HRTech (Human Resources Technology – İnsan Resursları texnologiyası) - müxtəlif təməl İnsan Resursları funksiyalarını avtomatlaşdırmaq üçün istifadə olunan proqram texnologiyasını ifadə edən termindir.

İnsan Resurslarının aşağıda qeyd etdiyimiz normalda çox vaxt aparan vəzifələrini öz üzərinə götürən HRTech, onları effektiv şəkildə həll etmək üçün avtomatlaşdırır:

  • Qovluqlama (filing);
  • Telefon xidmətləri (phone services);
  • İstedadların axtarılması (talent acquisition);
  • İstedadların idarə olunması (talent management);
  • Kompensasiyaların idarə olunması (compensation management);
  • Mənfəətin idarə olunması (benefits administration);
  • Performansın idarə olunması (performance management)
  • Məlumatların saxlanılması, təşkili və təhlili (data storage, organization and analysis).

HRTech həlləri keçmişdəki kağızlarla dolu, səs-küylü HR departamentlərini minimalist və daha səssiz iş mühitinə çevirəcək.

Təqdim etdiyimiz texnoloji həllər sayəsində HR mütəxəssislər təşkilati və inzibati yüklərindən qurtulacaq, beləliklə keyfiyyətli işçilərin cəlb olunmasına, işə götürülməsinə, onların əldə tutulmasına və məhsuldarlığının artırılmasına fokuslana biləcəklər.

Əlaqə formu

Bütün hüquqlar qorunur. © Genity MMC