Hüquq sahəsini avtomatlaşdıracaq həllər

Texnologiya hüquqi biliklərlə birləşdikdə hüquqi texnologiya (legal tech) ortaya çıxır: qanuna əlçatanlığın, tətbiqin və idarəetmənin avtomatlaşdırılması, sadələşdirilməsi və yaxşılaşdırılması üçün kompüter dəstəkli rəqəmsal texnologiyanın istifadəsi kimi müəyyən edilə bilər.

Hüquq texnologiyası konsepsiyası ilk dəfə 1987-ci ildə Gordon L. Jacobs tərəfindən nəşr olunan "Legal Techonology: Today and Future Trends" ("Hüquqi Texnologiya: Bu gün və gələcəyin trendləri") məqaləsində istifadə edilmişdir və sözügedən texnologiyanın hüquqi məlumatlara əlçatanlığı dəyişdirəcəyi və hüquqi xidmətlərin əksəriyyətini avtomatlaşdıracağı proqnozlaşdırılmışdı.

Standart bir müqavilə və ya çap olunmuş bir vəsatət hazırlamaq bu gün də vəkilin işi olaraq görülsə də, hüquq xidmətinin bəzi hissələrini daha sürətli və daha ucuz həyata keçirə biləcək bir çox texnologiya mövcuddur.

Məsələn, istifadəçiyə verilən sualları cavablandıran və hazırlanması günlərlə davam edəcək sertifikatlaşdırma prosesini avtomatlaşdıran rəqəmsal həllər var.

Genity komandası sizə hüquq sahəsində işlərinizin avtomatlaşdıracaq rəqəmsal həllər hazırlayır.

Əlaqə formu

Bütün hüquqlar qorunur. © Genity MMC