"Genity" MMC (bundan sonra "Genity" adlandırılacaq) məxfiliyə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyini götürür.
"Genity"-dən istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı "Məxfilik siyasəti"ndə qeyd edilən qaydada tənzimlənir.
"Məxfilik siyasəti" www.genity.az saytında toplanan məlumatlara aiddir və qeydiyyatdan keçməklə, siz, "Məxfilik siyasəti"nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, Genity yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların Genity tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
Məxfilik siyasəti
Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə istifadə edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.
Məlumatların qorunması
Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışırıq, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman baş verir.
Bizim toplaya biləcəyimiz məlumatlar bunlar ola bilər: Ad soyad və ata adınız, telefon nömrəniz, elektron poçt ünvanı və qeydiyyatdan keçərkən istənilən digər məlumatlar.
Şəxsi məlumatların toplanması
Genity üçüncü şəxslərə Şəxsi Məlumatları satmayacaq və bunları etmək niyyətində deyil.
İstifadəçi öz Şəxsi məlumatlarını təqdim etdikdə, Sayt, əgər başqa şərt nəzərdə tutulmayıbsa, həmin məlumatları saxlaya, sistemləşdirə, toplaya, yığa, dəqiqləşdirə, istifadə edə, müştərilərin ehtiyaclarını öyrənmək və öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə həmin informasiyadan istifadə edə bilər
Məlumatların emalı
Sayta daxil olduğunuz zaman istifadəçinin kompüterində müəyyən informasiyanı saxlamaq hüququnun olduğunu bildiririk.
Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü,saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır.
Genity-dən istifadə edərək, siz məlumatlarınızın müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itərə biləcəyini nəzərə almağınızı xahiş edirik.
Saytın cookie emalını qəbul etmək istəməyən ziyarətçilər, brauzerlərini (veb-səyyahlarını) buna görə sayta girməmişdən öncə konfiqurasiya etməlidirlər.
Cookies siyasəti
Dəyişikliklərin çox gec və az həcmdə olmasına baxmayaraq, Genity Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququnu özündə saxlayır və bu tamamilə Genity-nin səlahiyyətindədir.