Startap bənzərsiz bir məhsul və ya xidmət hazırlamaq və bazara çıxarmaq üçün bir və ya daha çox sahibkar tərəfindən qurulan şirkətdir.
Əvvəlcə Amerikada başlayan, daha sonra bütün dünyaya yayılan iş modelidir. Lakin Azərbaycan hələ də geridə qalır və çatışmazlıqları hiss olunur.
Bu şirkətlər çox böyük auditoriyaya müraciət edir və qısa müddətdə insanlara xidmətlər göstərmək imkanı yaradır. Əsasən proqram təminatı və texnologiya ilə məşğul olan şirkətlərdir. Son zamanlarda marketinq və maliyyə ilə yanaşı texnologiya və proqram təminatı sahəsində startap şirkətləri meydana çıxmağa başladı.
Startap adi biznesdən nə ilə fərqlənir?
Bir çox insan sahibkarlıq və startap anlayışlarını tez-tez qarşılaşdırır. Lakin onlar arasında kifayət qədər açıq fərqlər var.
İlk fərq odur ki, biznes açmaq üçün haradasa tam heyət olmalıdır. Heyət tam olmasa da, ofis, çalışacağı bazar, gəlir götürmə yolları ən əsası isə məhsul hazır olmalıdır. Startaplar isə kiçik bir heyətlədə başlaya bilər. Ola bilər ki, sadəcə bir insan proyekti olsun və ofisdə o qədərdə vacib deyil. Çünki planda hələ bir və ya bir neçə il gəlirsiz işləmək ola bilər.
İkinci fərq ilkin kapitalın tapılması yollarındakı fərqlərdir. Belə ki, yeni yaradılan kiçik şirkətlər kredit və ya qrantlar hesabına maliyyələşirsə, startaplar isə inventorlar və sərmayə qoyan şikətlərdən asılı olur.
Dünyanın ən məşhur startap layihələri
1. Uber
2009-cu ildə yaradılıb və taksi sifarişi proqramıdır. Hal hazırda Azərbaycanda da geniş istifadə olunur. Bu tətbiqetmədə müştərilər sürücü məlumatlarını, məsafə və gediş haqqı məlumatlarını onlayn olaraq görə və təhlükəsiz istifadəni təmin edə bilirlər.
2. Xiaomi
Bir smartfon istehsalçısı olan Xiaomi, əlverişli lakin keyfiyyətli telefonları ilə seçilir. Çinin və dünyanın ən böyük startap şirkətləri arasında yer alır. Yalnız mobil telefonlar deyil, həm də istehsal etdiyi bir çox texnoloji cihazlarla əlverişli həllər təklif edir.
3. Pinterest
Adını pin və maraq “interest” sözlərindən götürən bu tətbiqetmə vizual əsaslı bir sosial şəbəkə saytıdır. Maraqlarınızla əlaqəli xəbərləri izləyə və uyğun şəkilləri taparaq yaratdığınız lövhələrə bağlaya bilərsiniz.
4. Spacex
Avtomobil şikəti Tesla və PayPal xidmətinin qurucusu Elon Musk tərəfindən yaradılan Spacex, mərkəzi Kaliforniya, Hawthorne-də yerləşən kosmik nəqliyyat və tədqiqat sahəsində fəaliyyət göstərən bir şirkətdi.
Bir startap necə qurulur?
Dünyadakı hər kəsin bir fikri ola bilər amma bu fikirləri həyata keçirmək həmişə asan deyil. Zamanla plan quraraq bu fikri həyata keçirmək üçün böyük səbr və səy tələb olunur. Hər uğurlu startap layihəsinin ilk addımı dünyada mövcud olmayan şeylərə diqqət yetirməkdir.
Hər uğurlu startap layihəsi müəyyən mərhələlərdən keçir. Bu mərhələlərdən birincisi ətrafınızdakı çatışmazlıqları görməkdir.
İlk öncə fikirlərinizi bir kağıza yazaraq davam edin. Mümkünsə idealarınızı dizayn edin və obyektə çevirin. Daha sonra onları sadəcə bir düşüncədən qurtarmaq üçün fəqli yollar sınayın. Hazırladığınız prototipi 100 və daha çox insana göstərin. Sonda aldığınız rəylər sizin layihənizin inkişafı üçün çox önəmlidir.
Hazırladığınız prototipdən tam əmin olduqdan sonra, ilkin versiyanı işə salmaq üçün investor tapmalısınız. Məhsulunuzu satışa qoyun və istifadəçilərinizin bütün müsbət və mənfi fikirlərini nəzərdən keçirin.
Startapın məqsədi, yeni təşəbbüslər, həm əvvəllər istehlakçılara təklif olunmayan bir şey təklif etmək, həm də sürətlə böyüməyi hədəfləməkdir. Bu cür layihələrin texnologiya ilə əlaqəli olduğunu tez-tez görsək də, startap mütləq texnologiya ilə əlaqəli layihə olması vacib deyil. Hər bir sahə startap ola bilər.
"Genity" şirkəti olaraq startapların yaradılması və proyektləşdirilməsi üzrə kompleks xidmət göstəririk. Bunun üçün bizə müraciət edə bilərsiniz.
Keçmiş bloglarımıza da baxa bilərsiz.