Bloq yazıları

Kiber təhlükəsizliyin önəmi

Günümüzdə kiber hücumlar çox geniş hal alıb. Bu vəziyyət maddi itkilərlə yanaşı, şirkətlərin etibarının da itirilməsinə səbəb olur. Texnologiyanın gedərək daha əlçatan olması ilə birlikdə hakerlərin pis məqsədli proqram təminatlarını istifadə edərək pul qazanmaları da asanlaşır. Bütün bu hadisələrin fonunda rəqəmsal dünyada təhlükəsizliyimizi təmin etmək üçün kiber təhlükəsizlik həllərinə ehtiyacımız yaranır.

Kiber təhlükəsizlik – şəbəkələri, cihazları, proqramları və məlumatları hücumlar, zədələnmələr və ya icazəsiz girişlərdən qorumaq üçün hazırlanmış texnologiyalar və ya tətbiqetmələri ifadə edir.

Kiber təhlükəsizlik problemi bir çox sahədə olduğu kimi sənaye sahəsində də öz təsirlərini göstərir. Bu nöqtədə ənənəvi kiber təhlükəsizlik həlləri sənaye nəzarət sistemləri üçün kifayət qədər qoruma təmin edə bilmir.

Sənaye müəssisələrinə edilən kiber hücumlar istehsalın axsamasına səbəb olur, güvənliyi təhlükəyə ataraq avadanlıqlara ziyan vurulmasına səbəb olur.

Hal-hazırda haker hücumlarının sayı əvvəlki illərə nisbətən daha da artıb. Böyük məlumat bazasına sahib şirkətlər hakerlərin əsas hədəfinə çevrilib. 2018-ci ildə Facebookun məlumatlar bazasına edilən kiber hücum bunun ən bariz nümunəsidir. 2018-ci ilin oktyabrdında baş verən hücumda 30 milyon istifadəçinin şəxsi məlumatları ələ keçirilmişdi. Facebook nümunəsi digital dünyada güvənlik problemini gözlər önünə sərir.

Rəqəmsal dünyanın bir çox sahəsində güvənlik problemi ortaya çıxa bilir. Nümunə üçün qeyd edə bilərik ki, sosial media üzərindən edilən alış-verişlərdə istehlakçılardan bir çox məlumat toplanılır. Bu səbəbdən onlayn alış-veriş xidməti göstərən şirkətlərin öz internet mağazalarında ən son kiber təhlükəsizlik tədbirlərini görməsi vacibdir.

Genity olaraq uzun illərdir şirkətlərə texnoloji həllər təqdim etməklə yanaşı, hazırladığımız həllərdə kiber təhlükəsizliyi də vacib ünsür kimi nəzərdə saxlayırıq. Müştərilərimizin və onların müştərilərinin təhlükəsizliyi, məlumatlarının məxfiliyi daim bizim üçün ən vacib amil olmuşdur. Təqdim etdiyimiz həllər sayəsində siz heç bir zaman məhsulunuzda təhlükəsizlik problemləri ilə üzləşməyəcəksiniz.