Bloq yazıları

Pandemiyanın e-ticarətə təsiri

Pandemiya səbəbindən bir çox insan internetdən alış-veriş etməyə başladı. Hələ də bitməyən karantin e-ticarətin inkişafına və tanınmasına kömək edən bir faktor rolunu oynadı. İnsanlar virusa yoluxmaq təhlükəsi, market və mağazalardakı sıxlıq səbəbilə e-ticarət ilə əməliyyatlar etməyə başladı.

Bir illik karantin müddətinin ardından onlayn satış edən şəxslər özlərinəməxsus yeni ideyalar düşünərək satışlarını artırmaqdadırlar. Həmçinin real mağazalar da pandemiyadan öz nəsiblərini satışların azalması şəklində aldılar. Çox mağaza müştərilərini itirdi, hətta iflas olmaq təhlükəsi ilə qarşılaşdı. E-ticarət məhz bu dönəmdə insanların ehtiyaclarını qarşılayacaq bir platforma halına gəldi.

Koronavirus zamanında insanlar bütün ehtiyaclarını qarşılamaq üçün internetə müraciət etməyə başladı. Sağlamlığını düşünən istehlakçıya təmassız alış-veriş etmək daha məntiqli gəlir. Bu da öz növbəsində internet satışlarını qat-qat artırır. Çatdırılma xidmətləri və qapıda ödəmə imkanları e-ticarətin əhəmiyyətini ciddi şəkildə artırmış oldu.

E-ticarətdə infrastruktur çox önəmlidir. Pandemiyaya qədər olan dövrdə bu problemli bir mövzu deyildi. Lakin koronavirus həyatımıza daxil olduqdan sonra e-ticarətin artması ilə infrastruktur yetərsiz qalmağa başladı. Məsələn, normal dönəmdə 10 nəfər onlayn alış-veriş edirdisə, pandemiya zamanında 1000 nəfər eyni anda alış-veriş edir. Bu səbəbdən tətbiqlərin infrastrukturlarını gücləndirməsi zərurəti yaranır. Gücləndirilməmiş tətbiqlərdə çökmələr meydana gəlir. Bu isə müştəri itirilməsi və istehlakçıların alternativlər axtarması mənasına gəlir.

Dünya dəyişir və dəyişən dünyanın tələbləri də fərqli olur. Əvvəl onlayn alış-verişin nə olduğunu bilməyən şəxslər indi artıq mağazalara getmək istəmir. Ekspertlər düşünürlər ki, onlayn alış-veriş vərdişi insanlarda pandemiya bitdikdən sonra da qalacaqdır. Əgər evdə rahat əyləşib məhsulu sifariş edə biliriksə, niyə də mağazaya üz tutmalıyıq?

Bütün bu nüansları nəzərə aldıqda, belə bir nəticəyə gələ bilirik ki, məhsul satışı edən firmalar e-ticarətə keçid etməsələr, yaxın zamanda iflas olmaq təhlükəsi ilə qarşılaşacaqlar. Əlbəttə, əgər artıq iflas olmayıblarsa.

Biz isə Genity olaraq öz növbəmizdə şirkətlərə onlayn ticarətə keçid etmələri üçün e-ticarət texnologiyalarını təqdim edirik. Genity ölkəmizdə e-ticarət həlləri sahəsində ən böyük təcrübəyə malik komandaya sahibdir. Nəzərə alsaq ki, onlayn alış-verişlərdə müştərilərin şəxsi kart məlumatları və digər məxfi dataları daxil edilir, o zaman e-ticarətə keçidi peşəkarlara etibar etməyin önəmi aydın olur.

Həmçinin əgər sizin e-ticarət platformanız pandemiya səbəbilə yüksələn trafiklərdə donmalar və ya çökmələr yaranırsa, bu sizin müştəri itirmənizə səbəb olacaqdır. Bu məsələnin həlli üçün də Genity sizin yanınızdadır.