Bloq yazıları

CRM sistemi nədir?


CRM (İng.- Customer Relationship Management) “Müştərilərlə Əlaqələrin İdarəedilməsi Sistemi”  müştərini dinləyərək satışlar üçün yeni strategiyalar hazırlamaq deməkdir. CRM şirkətlərin mövcud və ya potensial müştəriləri ilə münasibətlərini ən təsirli və nəticədə ən gəlirli etmək üçün istifadə etdikləri metoddur. Bütün müştəri məlumatlarını, müştəri ilə yaradılan münasibətləri məlumat kimi saxlayan və bu məlumatları analiz edərək şirkətin xeyrinə istifadə edəcək strategiyalar istehsal edən bir proqram təminatıdır.

Bu günlərdə CRM proqramı böyük holdinqlərdən tutmuş kiçik, orta və mikro şirkətlərə qədər bütün şirkətlərin satışlarını və gəlirliliyini artırmaq üçün istifadə etdikləri bir üsuldur. Müştəri münasibətlərində səmərəliliyi və effektivliyi təmin etmək üçün əvvəlcə müştərinin nəyə ehtiyac duyduğunu başa düşmək və bu ehtiyac üçün uyğun məhsullar inkişaf etdirmək, daha sonra məhsulu lazımi vaxtda, lazımi qiymətə və uyğun müştəriyə təqdim etmək lazımdır.

CRM sistemlərinin növləri:

CRM sistemləri funksionallığına görə üç yerə bölünür.

  • Müştəri idarəetməsi (müştərilərin müraciətlərinin emalı);
  • Satışın idarə edilməsi (SAT-Sales Automation Tool);
  • Marketinqin idarə edilməsi (Marketing kompaniyalaının keçirilməsi və nəticələrinin analizi).

İnformasiya emalının səviyyələrinə görə aşağıdakı kateqoriyalarına bölünür.

  • Analitik (hesabatların hazırlanması və məlumatların analizi);
  • Əməliyyat (ilkin informasiyanın girişi, çıxışı);
  • Əlaqəli (müştəriylə qarşılıqlı əlaqə, CRM sistemində müştərinin iştirakının təmini və s).

Yuxarıda göstərilən əsas modullardan istifadə edərək satış imkanları, təkliflər, görüşlər, telefon danışıqları, elektron poçtlar, fakslar, texniki xidmətlər istəklərini şirkət və şəxslər ilə əlaqələndirərək təsirli bir idarəetmə sistemi qurulur.


 CRM sisteminin bulud texnologiyası.

Son zamanlar CRM sistemlərinin istehsalçıları bulud texnologiyaları üzərindən xidmətlər təklif edirlər.
O zaman Bulud CRM (Cloud CRM) nədir? - tətbiqin və məlumatların bir məlumat mərkəzində CRM təminatçılarının öz serverlərində tutduğu, yerləşdirdiyi və ya internet brauzeri vasitəsilə əldə etdiyi CRM proqramıdır. Bulud CRM, eyni zamanda bulud əsaslı CRM, SaaS CRM (Software as a Service), onlayn CRM və Veb CRM kimi tanınır.

Bulud CRM-in üstünlükləri.

  • CRM sistemini işə salmaq üçün heç bir yerli serverə ehtiyacınız yoxdur. Yəni kapital dəyəri, server proqramı və texniki baxım yoxdur;
  • Bulud satıcısı tərəfindən edilən yenilənmələr, ehtiyat nüsxələr, texniki baxış proqram təminatçısı tərəfindən sistemin daxilində verilir;
  • İstifadəçilər sistemə istənilən yerdən - evdən, ofisdən və ya öz telefonlarından daxil ola bilərlər;
  • İnfrastruktura çəkilən xərclərin azaldılması.

İnanırıq ki, hər bir müəssisənin peşəkar CRM sisteminə ehtiyacı var. "Genity"nin peşəkar komandası sizə hər bir sahəyə uyğun CRM sisteminin hazırlanmasını öhdəliyinə götürür. 

Keçmiş bloqlarımıza da baxa bilərsiniz.